Keyfiyyətə Nəzarət

Təhlükəsizlik və iqtisadi tələblər bugünün neft və qaz sektorunda əsas şərtlərdir. Bu standartlara cavab olaraq, MQS beynəlxalq normalar çərçivəsində qaynaq, sınaq, qaynaqçıların təlimi, quraşdırma işləri və tikintiyə nəzarət işlərini təklif edir. MQS tərəfindən təchiz edilən məhsul və xidmətlərdə təcrübə, peşə bilikləri, bacarıq və keyfiyyətə xüsusi diqqət yetirilir. Bizim üçün keyfiyyət siyasəti məhsul və xidmətlərin ən yüksək keyfiyyət standartlarına cavab verməsi və müştəri məmnunluğunu təmin etməsi deməkdir. Məhz bu səbəbdən, Şirkətdə işləyən hər bir komanda üzvü iş keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə daim ruhlandırılır və dəstək verilir.

Şirkətimizdə hər bir işçinin məqsədi onların göstərdikləri xidmətin və məhsulların keyfiyyətini yaxşılaşdırmaq olmalıdır ki, hər bir müştərinin həm daxili həm də xarici tələblərinə daha yaxşı cavab verə bilsin. Bu səbəbdən, şirkət Keyfiyyətin İdarəetmə Sistemi üzrə qiymətləndirmə və qeydiyyat icra edir ki, bu da davamlı təkmilləşdirmə işində minimal tələb kimi qəbul edilir. MQS özünün sağlamlıq və təhlükəsizlik sahəsi üzrə ABS şirkəti tərəfindən təqdim edilmiş İSO Sertifikatı aldığına görə məmnunluq duyur və hesab edir ki, belə nüfuzlu mükafata layiq görülən ilk Azərbaycan şirkətidir.