MQS Gürcüstan

Azərbaycanda olduğu kimi Qaynaq, emalat, quraşdırma, sınaq (NDT) xidmətləri və eləcə də istismara vermə işləri Gürcüstandakı bütün boru kəmərlərində və nasos stansiyalarında həyata keçirilir. Türkiyədən isə boru kəməri üzrə dəstək işləri icra olunur. Sexin qapalı ərazisi 3000 m2 – dən çoxdur və müasir texnika ilə təchiz edilmişdir. Müasirləşdirilmiş bu emalat sexi BP – nin tələb etdiyi standartlara cavab verir.

Ərazi aşağıdakı sahələrə bölünmüşdür:

  • Ofis və yeməkxana
  • 1800 m² sahəni əhatə edən 2 ədəd 4 tonluq körpülü kranlı emalat sexi
  • Anbar
  • Paltar dəyişmə otağı, hamam və tualet
  • Təcili tibbi yardım məntəqəsi
  • Ayrıca qaz balonu ehtiyat maddələri anbarı
  • 1200 m² -dən çox ərazisi olan boşaltma/ saxlama zonası