Şirkət Haqqında

MQS 1998-ci ildə Azərbaycanda məhdud məsuliyyətli cəmiyyət olaraq dövlət qeydiyyatından keçib. MQS Qafqaz Enerji Quraşdırma trestinin qaynaq və sınaq işləri üçün Mərkəzi Əməliyyat Labaratoriyasının bazasında yaradılmışdır. MQS keçmiş Sovet İttifaqının bütün ərazisindəki iri-miqyaslı elektrik stansiyalarının tikintisində fəal iştirak etmişdir.

Hazırda MQS şirkətinin əsas fəaliyyət sahələri Xəzər dənizi regionundakı neft, qaz, neft-kimya və enerji layihələridir. Şirkətin “Müştəri məmnuniyyəti”, “Biznes mükəmməlliyi” strategiyası, müxtəlif tərəfdaşlıqlar və birgə resurs idarə etməsi şirkətin inkişafına imkan verir. Bu siyasətin təşkilinin əsas məqsədi çevik, yüksək keyfiyyətli və xərclər baxımından səmərəli xidmətlər vasitəsilə müştəri gözləntilərini və tələblərini qarşılamaq və onu üstələməkdir.

MQS çevik və müştəri yönümlü bir şirkətdir. Son bir neçə il ərzində MQS neft və qaz sektorunda çalışan bir sıra yerli və Dövlət təşkilatları ilə əlaqələr qurmuş və Qərb şirkətləri üçün vacib layihələr həyata keçirmişdir. Buna nail olmaq üçün MQS Qərb üsullu idarəetmə sistemlərini tətbiq etmiş və beynəlxalq qaydalara və standartlara uyğun fəaliyyət göstərməkdədir. Layihə personalına qoyulan tələblərə əməl etmək üçün şirkətimiz sahələr üzrə səriştəli işçilərin məlumat bazasını yaratmışdır.

Hal-hazırda MQS Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərir və qeyd olunan ölkələrdə peşəkar tikinti mühəndislik şöbəsinə, tam təchiz olunmuş ofislərə, idarəetmə sistemlərinə və müasir proqram təminatına malikdir. SƏTƏM və Keyfiyyətə nəzarət şöbələri geniş miqyaslı fəaliyyət sahələrində şirkətə dəstək göstərmək üçün yaradılmış və akreditasiyadan keçmişdir. Şirkətin yerli və təcrübəli işçiləri vardır. İşçilərin əksəriyyəti ingilis dili biliklərinə malikdir.

Fəaliyyət sahələri:

  • Polad konstruksiya emalatı
  • Boru emalatı
  • Boyama və qumlama işləri
  • Borucuq və borular (nəzarət – ölçü cihazı)
  • Mexaniki və Qeyri dağıdıcı sınaq (NDT) xidmətləri
  • Sivil işlər
  • Sahə işləri
  • İxrac neft kəmərlərində atlı patrul xidməti
  • Sertifikatlaşıdrma və təlim