Sağlamlıq, Təhlükəsizlik & Ətraf Mühit

Sıfır qəza səviyyəli təhlükəsizlik mühiti yaratmaq üçün öz sağlamlıq və təhlükəsizlik məqsədlərimizin reallaşdırılması istiqamətində təkliflərin verilməsini təşviq edirik.

MQS Şirkəti öz işçilərinin, müştəri, podratçılarının və bizimlə təmasda olan, eləcə də fəaliyyətimizin təsir edə biləcəyi digər şəxslərin rifahının yaxşılaşdırılmasına tərəfdardır. Həmçinin, biz fəaliyyət göstərdiyimiz mühitin qorunması və yaxşılaşdırılmasına cavabdehlik daşıyırıq.

Keyfiyyətin idarə edilməsi, ətraf mühit, sağlamlıq və təhlükəsizlik üzrə öz siyasətimizin və məqsədlərimizin müəyyən olunması rəhbərlik səviyyəsində təmin edilir ki, siyasət tələblərimiz ambisiyalı, real məqsədlərə və işimizi ölçə bilən və onu daha da təkmilləşdirməyə yönəlmiş meyarlara effektiv şəkildə çevrilsin. Davamlı inkişaf prinsiplərini tətbiq etməklə, biz davamlı inkişafa nail olmaq və sağlamlıq, təhlükəsizlik və ətraf mühit məsələlərini risklərin idarə edilməsi prosesinə inteqrə etmək üçün öz məqsəd və meyarlarımızı daha da inkişaf etdiririk. Xidmət müddəti yanaşmasını qəbul edərkən və onu öz məhsullarımızın inkişafına tətbiq edərkən, biz mənfi təsirləri minimuma endiririk, səmərəliliyi maksimuma qaldırırıq və əlavə dəyəri ölçürük. Bütün idarəetmə strukturlarımız digər biznes və fəaliyyət məqsədlərimizdə olduğu kimi, sağlamlıq, təhlükəsizlik, ətraf mühit məqsədlərinə eyni dərəcədə əhəmiyyət verir.

Buna uyğun olaraq, biz öz fəaliyyətimizi məsuliyyətlə və uğurla aparmağa çalışırıq. Biz təlim ehtiyaclarını müəyyən edirik və təlim proqramının tələblərimizə cavab vermək üçün uyğun şəkildə maliyyələşdirildiyini təmin edirik. MQS özünün sağlamlıq və təhlükəsizlik sahəsi üzrə ABŞ tərəfindən təqdim edilmiş OHSAS 18001-1999 standartını almaqdan məmnunluq duyur və inanır ki, belə mükafata layiq görülən ilk Azərbaycan şirkətidir.

"EVƏ ZƏDƏSİZ, HƏR KƏS, HƏR GÜN"