NDT Laboratoriya təminatı 1,500 kvadrat metr sahəni əhatə edir və bir ofis binası, tam təchiz edilmiş təlim otaqları, 20 bay qaynaqçı təlim təminatı, maşın mağazası, material sınaq laboratoriyaları, izotop mağazası, radiografiya tərtibat otağı və təxmini mallar mağazasını daxil edir.
MQS şirkəti aşağıdakı xidmətlər üzrə sertifikata malikdir:
Qeyri-destruktiv sınaq (NDT):
Destruktiv sınaqlar:
MQS şirkətini destruktiv sınaq, qeyri-dağıdıcı sınaq (NDT) və qaynaqçıların təlimi üzrə ABS və Moody International şirkətləri akkreditə etmişdir.
MQS həmçinin qeyri-dağıdıcı sınaqları həyata keçirir, gərilmə və əymə, Charpy zərbə sınağı və sərtlik ölçmə sınağı avadanlıqlarına malikdir və onları istismar edir.
Bu imkanlar bir çox şirkətlərin qaynaq proseduralarının kualifikasiya sınagı üçün və sertifikatı olmayan poladın gərilmə davamlılığı daxil olmaqla xassələrini müəyyən edilməsi üçün geniş şəkildə istifadə edilmişdir.
MQS-in geniş çeşidli NDT avadanlığı vardır ki, buraya qamma radioqrafiya mənbə proyektorları, dozimetrlər, radiometrlər (mini-rad), rəqəmsəl sıxlıq ölçənlər, ultrasəs qurğuları, qalınlıq ölçən maşınlar, elektro maqnitlər, illuminatorlar, lent quruducuları, avtomatik lent prosessorları, daşınar qaranlıq otaqlar, azalan sayğaclar, istilik emalı transformatorları və əlaqədar qurğular daxildir.
MQS-in bütün yoxlama işinə götürülmüş işçiləri ASNT, EN Səviyyə I-i və II -ni keçmişlər. Təlimləri icra etmək üçün MQS-in səviyyə III-ə uyğun texnikləri vardır.