MQS 1998-ci ildə Azərbaycanda məhdud məsuliyyətli cəmiyyət olaraq dövlət qeydiyyatından keçib. MQS Qafqaz Enerji Quraşdırma trestinin qaynaq və sınaq işləri üçün Mərkəzi Əməliyyat Labaratoriyasının bazasında yaradılmışdır. MQS keçmiş Sovet İttifaqının bütün ərazisindəki iri-miqyaslı elektrik stansiyalarının tikintisində fəal iştirak etmişdir.
Hazırda MQS şirkətinin əsas fəaliyyət sahələri Xəzər dənizi regionundakı neft, qaz, neft-kimya və enerji layihələridir. Şirkətin “Müştəri məmnuniyyəti”, “Biznes mükəmməlliyi” strategiyası, müxtəlif tərəfdaşlıqlar və birgə resurs idarə etməsi şirkətin inkişafına imkan verir. Bu siyasətin təşkilinin əsas məqsədi çevik, yüksək keyfiyyətli və xərclər baxımından səmərəli xidmətlər vasitəsilə müştəri gözləntilərini və tələblərini qarşılamaq və onu üstələməkdir.
MQS MMC layihələri vaxtında təhvil verən və eyni zamanda öz iş keyfiyyətiylə fərqlənən şirkətdir. Son bir neçə il ərzində MQS neft, qaz və inşaat sektorunda bir çox dövlət, özəl və beynəlxalq layihələrdə iştirak etmiş və həmin layihələri uğurla tamamlamışdır. Buna nail olmaq üçün MQS MMC beynəlxalq idarəetmə sistemlərini, beynəlxalq standartlarları və qaydaları tətbiq edir.
Hal-hazırda MQS Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərir və qeyd olunan ölkələrdə peşəkar tikinti mühəndislik şöbəsinə, tam təchiz olunmuş ofislərə, idarəetmə sistemlərinə və müasir proqram təminatına malikdir. SƏTƏM və Keyfiyyətə nəzarət şöbələri geniş miqyaslı fəaliyyət sahələrində şirkətə dəstək göstərmək üçün yaradılmış və akreditasiyadan keçmişdir. Şirkətin yerli və təcrübəli işçiləri vardır. İşçilərin əksəriyyəti ingilis dili biliklərinə malikdir.
Fəaliyyət sahələri: